Melonidən G7-də səmimi etiraf – “Tərgitdim”backend

Melonidən G7-də səmimi etiraf - "Tərgitdim"

İtaliyanın Baş naziri Ciorcia Meloni Fransada keçirilən “G7” sammiti çərçivəsində digər liderlərlə söhbət zamanı siqareti təxminən bir ay əvvəl tərgitdiyini bildirib.

KONKRET.az xəbər verir ki, məlumata görə, söhbət zamanı Meloni kofe içmək istədiyini deyib. Almaniya kansleri Fridrix Mertz zarafatla ondan siqaret də istədiyini soruşub. Meloni isə “Xeyr, mən artıq tərgitmişəm” cavabını verib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu cavaba “bravo” deyərək reaksiya verib. Digər iştirakçı liderlər də Meloninin bu qərarını alqışlayıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*