“Məni güllələyən adamı qohumum öldürdü” – Hacı Qalibbackend

"Məni güllələyən adamı qohumum öldürdü” – Hacı Qalib

“Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim. Deməli, hər kəsin bir qisməti var”.

KONKRET.az xəbər verir ki, bunu globalinfo.az-a sabiq deputat Hacı Qalib Salahzadə deyib.

O hadisənin təfərrüatını danışıb: “1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər”.

Hacı Qalib bildirib ki, onu güllələyən şəxsi qohumu öldürüb: “Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü. O həbs olunmadı. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*