Rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümündən sonra Daniel Rorun 2022-ci ildə çəkdiyi “Navalnı” filmindəki fikirləri gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Navalnıdan öldürülərsə tərəfdarlarının necə davranmalı oldğu barədə soruşulub.
O, suala belə cavab verib.
“Öldürülsəm, mesajım çox sadədir: təslim olmayın. Siz mübarizədən geri çəkilə bilməzsiniz. Əgər məni öldürəcəklərsə, bu o deməkdir ki, qeyri-adi dərəcədə güclüyük. Biz bu gücdən istifadə etməliyik. Şərin qələbə çalması üçün lazım olan tək şey yaxşı insanların hərəkətsizliyidir. Ona görə də səssiz qalınmamalıdır”, – deyə Navalnı bildirib.
Burhan,
KONKRET.az
