backend

Mərakeş səfirinin paltarı Putini güldürdü - VİDEO

Mərakeşin Rusiyadakı səfiri Lotfi Buşaarın paltarı Prezident Vladimir Putini güldürüb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “360” nəşri yayıb.

Vladimir Putin Böyük Kreml Sarayının Aleksandrovsk zalında Rusiyaya gələn 23 xarici dövlətin səfirinin etimadnaməsini qəbul edib.

Rusiya Prezidentinə etimadnaməsini Mərakeş səfiri Lotfi Buşaara da verib. O, ölkəsi üçün ənənəvi bir paltar geyinib. Onun paltarı Putini xeyli güldürüb.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, vəziyyət yəqin Putini çox gülməyə məcbur edib.

Kremlin jurnalisti Dmitri Smirnov öz telegram kanalında zarafat edib ki, Mərakeş səfiri sanki koronavirus haqda yayılan xəbərlərin içindən çıxıb.

Lotfi Buşaar ilə yanaşı, Avstraliya, Çin, İsveç, Almaniya, İrlandiya, Serbiya, Sinqapur, Kamboca, Yunanıstan, İraq, Əlcəzair, Monqolustan, Tunis, İran, Banqladeş, Böyük Britaniya, Yeni Zelandiya, Kanada, Fransa, ABŞ, Panama və Qazaxıstan diplomatları etimadnamələrini Vladimir Putinə təqdim edib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*