Mərakeşdə ağır yol qəzası: 24 nəfər öldübackend

Mərakeşdə ağır yol qəzası: 24 nəfər öldü

Mərakeşin mərkəzində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı azı 24 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Maghreb Arabe Press” informasiya agentliyi yerli orqanlara istinadən məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi Azilal əyalətində magistral yolda baş verib. Belə ki, əyalətin qərbindəki Demnat şəhərinə doğru gedən avtobus döngələrin birində aşıb.

Yerli məmurlar, mülki müdafiə işçiləri və Krallıq Jandarmının əməkdaşları olay yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*