“Mercedes-Benz” Almaniyadakı bütün salonlarını SATIRbackend

Mercedes-Benz” Almaniyadakı bütün salonlarını SATIR

Almaniyanın “Mercedes-Benz” şirkəti ölkədəki bütün avtomobil salonlarını satmağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Söhbət şəhərlərdə və kiçik qəsəbələrdə 80-ə yaxın salondan gedir.

Məlumata görə, şirkətin Ştutqartdakı baş qərargahındakı filialı da satışa çıxarılıb. Salonlarda ümumilikdə 8 minə yaxın insan çalışır.

Yeni sahiblərə verildikdən sonra “Mercedes-Benz” avtosalonları fəaliyyətini davam etdirəcək. İşdən çıxarılma planlaşdırılmır.

Nəşr yazır ki, yalnız investisiyaya hazır olan və heç bir iqtisadi problemi olmayan şirkət “Mercedes-Benz” avtosalonlarının alıcısı ola bilər.

Bütün avtosalonların bir şirkətə satılacağı, yoxsa bir neçə alıcı arasında bölünəcəyi hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*