Merkel də Ərdoğana başsağlığı verdibackend

Merkel də Ərdoğana başsağlığı verdi

Almaniya kansleri Angela Merkel Elazığda zəlzələ səbəbiylə Prezident Ərdoğana başsağlığı məktubu göndərib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya hökumətinin Mətbuat və İnformasiya Mərkəzindən edilən şərhə görə, Merkel Ərdoğana göndərdiyi başsağlığı məktubunda İstanbuldan qayıtdıqdan sonra Türkiyənin şərqində şiddətli zəlzələ meydana gəldiyindən xəbərdar olduğunu, bundan acı və kədər duyduğunu ifadə edib. Merkel insanların həyatlarından ayrıldıqlarını, çoxlarının evlərini itirdiyini və bütün vilayətin bu təbii fəlakətdən təsirləndiyini bildirib. Merkel yaralılara təcili şəfa və həyatını itirənlərin yaxınlarına başsağlığı diləyib. Kansler Merkel dünən İstanbulda Türk-Alman Universitetinin yeni binasının açılış mərasiminə qatıldı və daha sonra Prezident Ərdoğan ilə görüşüb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*