Merkel aylar sonra Putinlə bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, bu barədə 16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında işini tərk edən Merkel Almaniyanın Der Spiegel telekanalına danışıb.
Ukraynada müharibə tam sürətlə davam edərkən, Almaniyanın keçmiş kansleri Angela Merkel Putinlə bağlı açıqlama verib.
İndi Almaniyada gündəm keçmiş kansler Angela Merkelin açıqlamalarıdır.
Ukraynadakı müharibədən danışan Merkel 2021-ci ilin yayında Rusiya lideri Putin və Fransa prezidenti Makronun da qatılacağı görüş təşkil etməyə çalışdığını deyib.
“Mənim bunu təmin etmək və təsir etmək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm”.
Merkel Ukraynanın işğalından əvvəl vəzifədə olarkən Rusiya ilə bağlı siyasətini müdafiə edib və Putini dayandıra bilməyəcəyini deyib.
“Putin üçün yalnız güc önəmlidir”, – Merkel deyib.
Merkel həmçinin bildirib ki, Minsk sülh danışıqları zamanı Ukrayna ilə bağlı mövqeyi Kiyevə Rusiyanın hərbi addımına hazırlaşmaq üçün vaxt qazandırıb.
Xuraman Etibarlı,
KONKRET.az