Mərkəzi Asiya bankları Rusiya ilə işləməkdən yayınmağa başladıbackend

Mərkəzi Asiya bankları Rusiya ilə işləməkdən yayınmağa başladı

Rusiya bizneslərinin ötən ildən üzləşdiyi ABŞ sanksiyaları ilə bağlı transsərhəd ödənişlərlə bağlı problemlər Mərkəzi Asiyaya da yayılıb. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın bankları Rusiya ilə işləməkdən yayınmağa başlayıb.

KONKRET.az xəbər verir ki, MnSK-nın maliyyə direktoru Roman Romaşevski vəziyyəti maliyyə təşkilatlarının yoxlamalarını gücləndirməklə izah edib. Sanksiyaya səbəb olacaq əməliyyat təhlükəsi ilə üzləşməmək üçün daha çox sənəd və izahat istənilir.

Onun sözlərinə görə, ikinci rübdə problemlər güclənib və milli valyutalarla ödənişlər zamanı çətinliklər daha da qabarıb. Köçürmələr üzrə qərarların qəbul edilməsində qeyri-sabitlik və banklarda rədd edilən əməliyyatların səbəbləri hələ bu günə qədər izah olunmur.

CDEK Pay ödəniş aqreqatoru qarşıya çıxan çətinlikləri təsdiqləyib və transsərhəd köçürmələrin formatının daim dəyişdiyini bildirib.

Ən pis vəziyyət Qırğızıstanda malların ödənişi ilə bağlıdır. “Logita Trade”nin baş direktoru Tatyana Alekseyeva bildirib ki, bəzi şirkətlər hətta Qırğızıstan tərəfdaşları ilə işi dayandırıblar, çünki orada orta emal müddəti iki həftəyə çatır.

Bazarda ödənişlərlə bağlı problemlər çoxdan müşahidə olunurdu, lakin əvvəllər onlar Mərkəzi Asiyaya daha az təsir edirdi. Problem əsasən Çin, Türkiyə və BƏƏ ilə bağlı idi. Beynəlxalq Münasibətlər üzrə Rusiyaya Dəstək Komitəsinin sədri Nikolay Dunayev deyir, bu region ölkələrində rublla ödənişlərdə gecikmələr artıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*