İspaniyada dünyanı çaş-baş salan hadisə baş verib. Məşhur aktrisa və televiziya ulduzu Ana Obreqon itirdiyi oğlunun sperması ilə uşaq dünyaya gətirib. Daşıyıcı ana (surroqat ana) Obreqon “Körpə mənim qızım deyil, nəvəmdir”, – deyərək hər kəsi heyrətləndirib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aparıcının keçən həftə ABŞ-da daşıyıcı ana üsulu ilə övlad dünyaya gətirdiyi məlum olub. Və bu hadisə surroqat analığın qadağan olunduğu İspaniyada etirazlara səbəb olub.
İspaniya hökumətinin rəsmiləri Obreqonun bu qərarına sərt reaksiya verdiyi bir vaxtda onun İspaniyanın “Hola” jurnalında yayılan xəbərlərdə Floridadakı xəstəxanadan çıxan anda şok açıqlaması gündəmi daha da qarışdırıb.
Ana 2021-ci ildə 27 yaşında dünyasını dəyişən oğlu Alessionun sperması ilə uşaq dünyaya gətirdiyini bəyan edib.
Qeyd edib ki, “Bu, Alessionun son arzusudur. Uşaq mənim nəvəmdir, Alessionun qızıdır”. Aparıcı həqiqəti gizlətmək fikrindən uzaq olduğunu, bu möcüzədən hətta qürur duyduğunu da dilə gətirib.
O, surroqat analıq prosesinə oğlunun öldüyü gündən etibarən başladığını bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
