Məşhur amerikalı jurnalist Gəncədədir – FOTOLARbackend

Məşhur amerikalı jurnalist Gəncədədir - FOTOLAR

Amerikalı jurnalist və televiziya aparıcısı, “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Kelvin Batçelor Gəncəyə gəlib.

KONKRET.az xəbər verir ki, onun səfərdə məqsədi ermənilərin Gəncə şəhərində törətdiyi qanlı cinayətləri öz gözləri ilə görməkdir.

C.Batçelor şəhər rəhbərliyi ilə həmin ərazilərə baş çəkib.

Ona düşmənin dinc əhalinin məhvinə yönəlmiş terror aktları barədə məlumat verilib.

Xatırladaq ki, məşhur jurnalist dekabrın 7-si Bakıda olacağını və Qarabağla bağlı çəkilişlər edəcəyini sosial media hesabında qeyd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*