Məşhur hind aparıcı Chandana Ananthkrishna zəhər içərək intihar edib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı aparıcı bu addımı sevgilisindən ayrıldıqdan sonra atıb.
Chandana zəhər içməzdən əvvəl çəkdiyi videonu ailəsinə və 5 illik sevgilisi Dineşə göndərib.
Videoda “əgər ölsəm, sevgilim o vaxt özünü rahat hiss edəcək. Mənə belə demişdi” deyən ulduz aparıcının həyatını xilas etmək mümkün olmayıb.
Polis Dineş və ailəsi haqqında intihara təşviq barəsində cinayət işi açıb.
