Məşhur Hollivud ulduzunun cəsədi küçədə tapıldı – FOTObackend

Məşhur Hollivud ulduzunun cəsədi küçədə tapıldı - FOTO

Noyabrın 28-i səhər saatlarında Nyu-Yorkun Bronks bölgəsində küçədə naməlum meyit tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, cəsədin “Green Book” filmində rol alan məşhur Hollivud ulduzu Frenk Vallelonqaya aid olduğu müəyyən edilib.

Məlumata görə, Nyu-York polisi hadisədən sonra bir nəfəri saxlayıb. O, meyiti gizlətməkdə ittiham olunur.

Qeyd edək ki, Frenk Vallelonqa amerikalı aktyor Toni Lipin oğludur. Aktyor Oskar mükafatlı “Green Book” filmində əmisi Rudi Vallelonqa rolunu canlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*