Məşhur massonlar və 24 FAKT – Ateist masson ola bilməzbackend

Məşhur massonlar və 24 FAKT - Ateist masson ola bilməz

Əsrlərlə mövcud olan sirlərə cəmiyyət həmişə maraq göstərib. O cümlədən massonluq hamının diqqətini çəkir.

KONKRET.az xəbər verir ki, massonlar haqqında dünya idarəçiliyi, ayinlə qətllər, var-dövlət kimi söz-söhbətlər gəzir. Biz onlar haqqında 24 maraqlı faktdan bəhs edəcəyik.

1. Beş milyona yaxın masson var.

ABŞ-da onların sayı 2 milyondan çoxdur. 480 min masson isə Böyük Britaniyada yaşayır.

2. Massonlar məxfidir?

İstənilən adam massonluğunu etiraf edə bilər. Bircə ordenin sirlərini açmaq olmaz.

3. 1717-ci il 24 iyun;

Bu, massonluğun yaranma tarixidir. Həmin il London böyük lojası təsis edilib.

4. Mənəvilik, dostluq, qardaşlıq sevgisi;

Massonluqdakı işgüzar alətlərin təsviri bunları əks etdirir.

5. Rəmzlərin tarixi;

Çoxları hesab edir ki, massonlar sirr xatirinə simvollardan istifadə edirlər. Amma rəmzlərdən istifadə təşkilatlanma zamanı çoxlarının yazıb-oxuya bilməməsi olub.

6. Kvadrat və kompas;

Ən qədim və ən çox istifadə olunan masson rəmzidir. Mənası isə ölkələrə görə dəyişir.

7. Masson lojası;

Bu ifadə hansısa bina yox, müəyyən insanların birliyidir. Böyük lojadan halallıq alan digər lojalara özünü idarəetmə icazəsi verilir. Hər bir lojanın ayinləri fərqlidir.

8. Ateist-masson;

Ateist masson ola bilməz. İlk tələb potensial üzvlərin hansısa ilahi qüvvəyə inanmasıdır.

9. Massonluğun iki budağı;

Daimi massonluq İngiltərənin Vahid Böyük Lojasına, liberal massonluq isə Fransanın Böyük Şərqinə tabedir.

10. Məxfi işarələr;

Massonlar bir-birini gizli işarələrlə salamlayırlar. Həmçinin, masson emblemli üzük, döş nişanları taxırlar. Bəzən isə özlərinə xas formada əl sıxırlar.

11. Anders Breyvik;

2011-ci ildə Norveçdə silsilə qətllərlə gündəmə çevrilən Anders Breyvik masson olub.

12. Yalan ifadələr;

İttiham olunan massondursa, masson şahid düzgün ifadə verə bilməz.

13. Massonluğun lideri;

Massonluqda tək lider mövcud deyil. Və massonluq adından yalnız Böyük Loja danışa bilər.

14. Azadlıq heykəli;

Bu heykəli hazırlayan Frederik Bartoldi masson olub.

15. Əlsıxma və parollar;

Hazırda massonluğa yozulan qeyri-adi salamlaşmaları massonlar əvvəllər bir-birini tanımaq üçün istifadə edib.

16. Bazz Oldrin;

Astronavt Bazz Oldrin, “Apollon 11″in pilotu Texas lojası olan Klir Leyk 1417-nin üzvü, yəni masson olub.

17. Yekaterina Babinqton;

Massonlar haqqında maraqlandığı üçün Kentukkidə 1 il kafedrada gizlənib. Üzə çıxanda 1 ay əsir saxlanılıb.

18. Ən məşhur massonlar;

Çarlz Darvin, Mark Tven, Uinston Çörçil, Edqar Quver, Benjamin Franklin, ABŞ-ın ilk lideri Corc Vaşinqton da masson olub.

19. İllüminat və frankmassonlar;

Təxribat fərziyyəsinin tərəfdarları illüminatları frankmassonlarla əlaqəli sayırlar. Lakin illüminatlar o qədər sirli birlikdir ki, çox adam heç onların mövcudluğuna inanmır.

20. Nasistlər və massonlar;

Hitler onları yəhudi təşkilatı saydığı üçün 80 mindən 200 minədək massonun həyatına son qoydurub. Digər versiyada Hitlerinin özünün masson layihəsi olduğu var, yoxsa Adolf II Dünya müharibəsindən onilliklər sonra Argentinada ölməzdi.

21. Gender bərabərliyi;

ABŞ masson lojalarında qadınların üzvlüyü qadağan olunsa da, Avropada buna icazə verilir.

22. Günəş;

Günəşə ehtiram (sitayiş) massonluğun əsasını təşkil edir. Yaxşı ki, xürrəmilər dövründə massonluq bir yana, heç indiki Avropa dövlətlərinin 90 faizi olmayıb. Yoxsa İran agenturası Babəkə də masson, sionist damğası vuracaqdı.

23. Çikaqo məbədi;

Çikaqodakı masson məbədi (1892) o dövr üçün dünyanın ən hündür (22 mərtəbə) binası idi.

24. Massonlar və savaş;

Amerikadakı vətəndaş savaşı zamanı düşmən orduların əsgərləri arasında massonluğunu etiraf edənlər bir-birini xilas edirdi.

Sonda qeyd edim ki, çox edamı, ölümü elan olunan masson siyasətçilər hələ də yaşayır. Bəzi dünya liderlərinin əvəzinə isə masson oxşarı qoyulub. 2013-cü ilə qədər Rusiyanın 1-ci xanımı olan Lyudmila Putina Rusiya liderindən ayrılandan sonra Putinin oxşarı ilə əvəzləndiyini iddia edirdi. 2015-də Artur adlı rusla ailə quran Lyudmiladan daha bənzər şayiələr yayılmır. Deyilənə görə onun susması üçün Putin milyardlar xərcləyir. Əlbəttə ki, bütün bunlar massonluq dedi-qodularına inananların yaydığı informasiyadır.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*