Məşhur müğənni 30 il müddətinə azadlıqdan məhrum edildi – VİDEObackend

Məşhur müğənni 30 il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

ABŞ-da məşhur Qremmi mükafatlı hip-hop müğənnisi Robert Silvestr Kelli cinsi zorakılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin şəhərindəki məhkəmədə 55 yaşlı Kelliyə “18 yaşından kiçik qızlara sistemli cinsi istismar” və “nüfuzdan sui-istifadə” kimi cinayətlərə görə 30 il həbs cəzası və 100 min dollar cərimə kəsilib.

Qeyd olunub ki, müğənni məhkəmədə ifadə verməkdən imtina edib, cəzası oxunarkən heç bir reaksiya verməyib. Lakin Kelli ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, musiqi bəstələri dünya üzrə 75 milyondan çox alıcı toplayan Kelli 2008-ci ildə uşaqlara qarşı zorakılıq ittihamı ilə üzləşsə də məhkəmədə bəraət qazanıb.

R. Kelli daha çox “I Believe I Can Fly” mahnısı ilə tanınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*