Məşhur parodiyaçı koronavirusa yoluxdu – FOTObackend

Məşhur parodiyaçı koronavirusa yoluxdu - FOTO

Rusiyalı məşhur parodiyaçı Yelena Vorobeydə koronavirusa yoluxma müəyyən edilib.

KONKRET.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, bu barədə artist özünün “Instagram” səhifəsində yazıb.

Onun sözlərinə görə, diaqnozu barədə üç gün əvvəl öyrənib, lakin ictimaiyyətə bu barədə xəbərdarlıq etməyə dərhal ürək etməyib.

“Birincisi, atamın bunu necə qarşılayacağını bilmirdim. O, ürək xəstəsidir, çox emosional insandır. İkincisi, bu virusun hamını ürəyi bulandıracaq qədər bezdirdiyini düşünürəm”, – deyə, Y.Vorobey bildirib.

Artistin sözlərinə görə, onun vəziyyəti yoluxmanın ikinci günü ağırlaşıb: kürəyi ağrıyıb, əzələ ağrısından yata bilməyib.

“Bu gün yaxşıyam, ancaq vəziyyətim stabil deyil”, – deyən parodiyaçı insanlara risk etməməyi və ilk simptomda həkimə getməyi, həmçinin çoxlu maye qəbul etməyi məsləhət görüb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*