ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində “Siemens” şirkətinin rəhbəri, həyat yoldaşı və 3 uşağı həlak olub.
KONKRET.az xəbər verir ki, aprelin 10-da Nyu-Yorkda vertolyot havada parçalanaraq Hudson çayına düşüb.
Nəticədə beş ispaniyalı turist və bir pilot ailəsi həlak olub.
Qeyd edək ki, vertolyot qəzaya uğrayanda hava buludlu olub və küləyin sürəti 25 mil/saata çatıb.
Qəzanın səbəbləri araşdırılır.
Aynurə İsmayıl
KONKRET.az