Məşhur şoumen həbs oluna bilərbackend

Məşhur şoumen həbs oluna bilər

Türkiyəli şoumen Mehmet Əli Ərbil hakim qarşısına çıxıb.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Ece Ronayla məhkəməsi davam edən aparıcının 8 il 10 aya qədər həbsi tələb olunub.

Nalayiq ifadələrlə ifaçını narahat etməkdə günahlandırılan Ərbil aylıq gəlirinin 100 min lirə (təxminən 10 min manat ) olduğunu bildirərək ona oyun qurulduğunu deyib:

“Heç bir təmənna güdmədən ona kömək etmək istədim, klipində çəkildim. Təklif onlardan gəldi, bundan sonra dost olduğumuz barədə ictimaiyyətə açıqlama verildi. Bu yaşa qədər dörd evliliyim və münasibətim olub, amma heç bir şəkildə təqib və zorakılıq olmayıb. Məni tələyə saldılar. O, mənə görüntülü zəngi etdi və orada nalayiq sözlər var idi. Məni evinə dəvət etdi, ünvanını bilmirdim, özü verdi. Sonra köməkçim içəri girdi və “həmsöhbət olacam” dedi. Ece köməkçimlə dialoqlara girdi, bunu təcavüz adlandıraraq bonus qazandı. Mesajları isə mən yox, köməkçim yazıb. Niyyəti məni qorumaq olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*