“Barselona” klubunun argentinalı lideri Lionel Messi hər yeni mövsümdə klubla müqavilə imzalamaq niyyətindədir.
KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Mundo Deportivo” nəşri yayıb.
Komandanın prezidenti Joze Bartomeu argentinalı ilə müddətsiz saziş imzalamağa hazırdır, lakin 33 yaşlı oyunçu öz səhhətinə görə bu təklifdən imtina etmək istəyir.
Messi hər mövsüm müqaviləni yenidən imzalamağa hazırdır. Onun iyunun sonundan gec olmayaraq “Barselona” qarşısındakı öhdəliklərindən imtina etmək hüququ olacaq.
Messi ilə Karaloniya klubunun hazırkı razılaşması 2020/21 mövsümün sonuna qədər hesablanıb.
Qeyd edək ki, “Leqanes”lə Kubok oyunundan sonra Messi növbəti dəfə adını tarixə yazıb.
KONKRET.AZ
