“Barselona”nın hücumçusu Lionel Messi Kataloniya klubunun prezidenti Xosep Bartomeunun istefaya göndərilməsini istəyir.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
Futbolçunun komandanın idman direktoru Erik Abidal ilə münaqişəsi yaranıb, çünki funksionerin Kataloniyanın keçmiş məşqçisi Ernesto Valverdenin istefası ilə bağlı dedikləri səbəb olub.
Abidalın sözlərinə görə, futbolçular bu işdən razı qalmalıdırlar.
Maraqlıdır ki, Messi yeni məşqçi Kiki Setyenin təyin olunmasından narazıdır. O, “Barselona”nın sabiq oyunçusu Xavinin bu vəzifəyə gəlməyini gözləyir.
“Barselona”nın baş məşqçisi Messinin klubdan çıxacağı ehtimalı barədə danışıb.
Babək Göyüş
KONKRET.az
