Messi futboldan gedəcəyi tarixdən danışdıbackend

Messi futboldan gedəcəyi tarixdən danışdı

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını başa vurmasından danışıb.

KONKRET.az championat.com-a istinadən xəbər verir ki, futbolçu karyerasını hələ bir müddət davam etdirəcəyini bildirib.

“Artıq oynaya bilməyəcəyimi hiss edənə qədər, ayrılmaq üçün doğru vaxt gələnə qədər yaşıl meydanlarda olacağam”, – Messi deyib.

Xatırladaq ki, bu gecə Lionel Messinin kapitanı olduğu Argentina millisi Amerika Kubokunun finalında Kolumbiya millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, məhz Argentina millisi Amerika Kubokunun hazırkı qalibidir. 2021-ci ildə Braziliyada keçirilən turnirin finalında Argentina cinah hücumçusu Anxel Di Marianın qolu sayəsində ev sahiblərini minimal hesabla (1:0) məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*