Messi qol sayında Ronaldoya çatdıbackend

Messi qol sayında Ronaldoya çatdı

Qətərdə keçirilən dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina 1:0 hesabı ilə öndədir.

KONKRET.az xəbər verir ki, görüşün 10-cu dəqiqəsində penaltidən fərqlənən Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi mundiallardakı qol sayını 7-yə çatdırıb.

35 yaşlı superulduz buna 20-ci matçında nail olub. Messi bununla Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.

Qeyd edək ki, C qrupunda yer alan Argentina yığmasının digər rəqibləri Meksika və Polşadır.//Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*