Metrodan istifadə edənlərin sayı 20 faiz azaldıbackend

Metrodan istifadə edənlərin sayı 20 faiz azaldı

Son günlər Bakı metrosundan istifadə edən sərnişinlərin sayında azalma müşahidə edilir.

Bunu KONKRET.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar sərnişinlərin sayı azalıb: “Sərnişin sayı təxminən 20-21 faiz azalıb. Qatarlarda sərnişin sıxlığı müşahidə olunmur. Nazirlər Kabineti yanında Operativ qərargahla sıx təmasda işləyirik. Operativ qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq bütün məsələlər daim nəzarətdə saxlanılır”, – deyə qurum rəsmisi vurğulayb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*