“Meyxana janrını İran iltihabından xilas etmək lazımdır” – İLGİNC AÇIQLAMAbackend

"Meyxana janrını İran iltihabından xilas etmək lazımdır" - İLGİNC AÇIQLAMA

“Meyxana janrı özlüyündə bir sənət növüdür; xalq yaradıcılığıdır, niyə də olmasın?. İntəhası, bu janrı İran iltihabından xilas etmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində politoloq Bəhruz Həsənov yazıb.

O qeyd edib ki, “Barmaqlarında əqiq daşlı qoşa üzüklərin bərq vurduğu meyxana ustaları öz auditoriyalarını tədricən “haqq yolu”na çəkirlər… Gəlin analiz edək. Kimin auditoriyası daha genişdir, dövlət televiziyaslnda yayımlanan ciddi analtik bir verilişin ya “ağam, ağam…” qafiyəsi üzərində deyişən iki meyxanaçının? Nəzarətsiz qalsa bir müddət sonra meyxananın dili fars dilinə doğru əyiləcək.

Nəzərə alsaq ki, 10 milyonluq ölkəmizin ən az 5 milyonu meyxana həvəskarı, guya ki, “söz xridarı”dır, o zaman təhlükənin miqyasını daha dərindən anlamaq mümkündür.

Çox uzun təhlillər etmək mümkündür…

Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır. Söhbət irqçilikdən getmir.

Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər”.

Bəhruz Həsənov vurğulayıb ki, Azərbaycanda İran xüsusi xidmət orqanlarınln nüfuz edə biləcəyi iki zümrə var. “İdmançılar və meyxanaçılar

“İdman, təbii, sağlamlıqdır, amma sağlam bədəndə sağlam ruhun olacağı mütləq həqiqət deyil, ümumiyyətlə, həqiqət deyil…

Təhsildən və təlim-tərbiyədən asılıdır daha çox.

Tatamidə uğur qazanan əksər idmançılar ya kriminal aləmin üzvünə çevrilir, ya da hansısa radikal dini cərəyanın ən yaxşı halda nüfuz agentinə…

Bəlkə də gənclər sadəcə olaraq özlərini axtarlrlar və biz onlara istədikləri sosial-psixoloji mühiti təqdim edə bilmirik…

Çox uzun təhlillər etmək mümkündür.

Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır.

Söhbət irqçilikdən getmir.

Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər. Yoxsa, dini radikalizm xəmiri çox su aparacaq!

”, – deyə o qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*