İlkin məlumatlara görə, Mi-26 helikopterinin Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində sərt enişi zamanı altı nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi Ural Nəqliyyat İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Altı nəfər xəsarət alıb. İstintaqdan əvvəl yoxlama təşkil edildi. İstintaq-əməliyyat qrupu hadisə yerinə getdi” deyilib.
Dairənin tibb mərkəzindən bildiriblər ki, sərnişinlər və ekipaj, ümumilikdə 8 nəfər Novıy Urenqoy şəhərinə aparılır: “Vəziyyətləri barədə dəqiq informasiya deyə bilmərik”.
Qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar olduğu bildirilir.
Babək Göyüş
KONKRET.az
