Millət vəkili İrəvandan azərbaycanlıları təbrik etdi – FOTObackend

Millət vəkili İrəvandan azərbaycanlıları təbrik etdi - FOTO

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında iclasda iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədov paylaşım edib.

Deputat iclasdan fotolar paylaşaraq bu şərhi yazıb: “İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mübarək olsun!!!”.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitə iclasında iştirak etmək üçün İrəvanda səfərdədilər. Onlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*