Səməd Seyidov tanınmış iş adamı ilə quda olub? – Millət vəkilinin köməkçisindən ÖZƏL AÇIQLAMAbackend

Səməd Seyidov tanınmış iş adamı ilə quda olub? - Millət vəkilinin köməkçisindən ÖZƏL AÇIQLAMA

Bu gün bir sıra saytlarda “Millət vəkili Səməd Seyidov tanınmış iş adamı ilə quda olur” başlıqlı xəbər dərc edildi. Dərc edilən yazıda Səməd Seyidovun oğlu Urxan Seyidovun “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olduğu haqda məlumat əks olundu.    

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Səməd Seyidovun köməkçisi Amin Qurbanov bildirib ki, millət vəkili gün ərzində Milli Məclisdə görüşlərdə, iclasda və qəbulda olub: “Oğlunun toyu olan bir şəxs iclas və qəbullarda oturmaz. Elə bir tədbir və toy məclisi heç yerdə olmayıb. Əgər olubsa, o zaman hansı məkanda toy məclisinin keçirildiyinə dair konkret ünvan göstərsinlər. Fakt göstərə bilməyən saytlar isə təkzib versinlər. Əks halda yalan informasiya yaydıqları üçün məhkəməyə müraciət edəcəyik”- millət vəkilinin köməkçisi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az  

 

  • Rauf
    İyun 18, 2021 - 22:28

    Yalandan xeber yazmaga ehtiyaciniz var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*