Parlamentin mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üsrə bürosuna verilən məlumata görə, bu gün keçirilən iclasda deputatlar cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişiklikləri birinci oxunuşda təsdiqləyiblər.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar ağır cinayətlərə, ilk növbədə narkotik ticarəti və yetkinlik yaşına çatmayanlara qarşı zorakılığa görə cəzaların sərtləşdirilməsinə diqqət çəkiblər.
Məclisin spikeri deputatların təkcə Hökümətin təkliflərini dəstəkləməməsinə, ağır cinayətlərə görə cəzaların sərtləşdirilməsində təkid etmələrinə diqqət çəkib. Deputatlar isə əmindirlər ki, dərmanların təbliğatını və qanunsuz reklamını həyata keçirənlər üçün ayrıca bir məsuliyyət tələb olunur. Məclis sədri, eyni zamanda narkotik cinayətkarlığına qarşı mübarizənin də hərtərəfli xarakter daşıdığını vurğulayıb.