Milli Məclis Zəfər Günü münasibətilə Prezidenti TƏBRİK ETDİbackend

Milli Məclis Zəfər Günü münasibətilə Prezidenti TƏBRİK ETDİ

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, – o bildirib.

Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*