Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılır – FOTObackend

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılır - FOTO

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilir.

KONKRET.az Report-a istinadən xəbər verir ki, tədbir qəhrəmanın ata yurdu olan Əliabad kəndində keçirilir. Qəhrəmanın ev-muzeyi ziyarət edilir.

Anım tədbirində Mübariz İbrahimovun qohumları, rayon rəsmiləri, yerli sakinləri, digər şəxslər iştirak edir.

Qeyd edək ki, gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*