Millimiz Litvanı məğlub edibbackend

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.

8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.

Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.

UEFA Millətlər Liqası
IV tur

4 oktyabr

17:00. Azərbaycan – Litva 1:0

8-ci km qəsəbə stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*