Millimiz Avropa çempionatında final matçına ÇIXIRbackend

Millimiz Avropa çempionatında final matçına ÇIXIR

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.

KONKRET.az xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb – 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*