Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
KONKRET.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komandamız 4-cü turda Kipr yığması ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb. Birinci hissədə Qara Qarayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb – 1:0.
Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.
Qeyd edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.
13 oktyabr
Millətlər Liqası
C liqası, 44-cü tur
20:00. Azərbaycan – Kipr – 0:0
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”
***
UEFA Millətlər Liqasının IV turunda üz-üzə gələcək Azərbaycan və Kipr komandalarının start heyətləri açıqlanıb.
KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar:
Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 20. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 22. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev
Kipr: 1. Dimitris Dimitriou, 3. Xristos Uiler, 19. Konstantinos Laifis, 2. Andreas Karo, 7. Minas Antoniu, 20. Qriqoris Kastanos, 18. Kostakis Artimatas, 8. Xaralambos Kiriaku, 21. Marinos Tzionis, 9. Dmitris Kristofi, 10. Pieros Sotiryu
Qeyd edək ki, bu gün Elbasan şəhər stadionunda oynanılacaq Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
