Millimizin üzvü Türkiyə klubunu FİFA-ya şikayət edirbackend

Millimizin üzvü Türkiyə klubunu FİFA-ya şikayət edir

Millimizin üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubundan ayrıldığını diqqətinizə çatdırmışdıq.

KONKRET.az xəbər verir ki, futbolçunun yeni komandası da bəllidir. 31 yaşlı oyunçunun “Araz-Naxçıvan”la razılaşıb.

Redaksiyamıza Bəxtiyarla bağlı daha bir məlumat daxil olub. Millimizin üzvü “Tuzlaspor”u FİFA-ya şikayət edir. Buna səbəb İstanbul təmsilçisinin futbolçunun 3 aylıq maaşını ödəməməsidir.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm “Tuzlaspor”un heyətində 20 matçda meydana çıxıb. Bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib. (Offsideplus.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*