Milonov vay-şüvən edir: “Qarabağ müharibəsi iki xalq arasında bir faciə idi”backend

Milonov vay-şüvən edir: “Qarabağ müharibəsi iki xalq arasında bir faciə idi"

“Azərbaycan Qarabağ müharibəsinin nəticələrindən qürur duyur, bunu iki xalq arasında bir faciə kimi qəbul etmir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının “Birləşmiş Rusiya” fraksiyasından olan üzvü Vitali Milonov “Joxovurd” nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, “Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Türkiyə və Azərbaycanı dayandırmadı. İnanıram ki, Türkiyə Azərbaycanı müstəsna olaraq vassal bir ölkə kimi qəbul etdiyini bir daha sübut etdi”.

Qəzet əlavə edib ki, Avropa Şurası məhz müharibə ərəfəsində bu məsələni və erməni əsirlərinin geri qaytarılması ilə bağlı böyük bir müzakirələrə başlamışdı.

Çox təəssüflər olsun ki, Rusiyada olan ermənipərəst deputatlar bu kimi sərsəm açıqlamaları ilə rus ictimaiyyətinin diqqətini işğal faktından yayındırmağa çalışırlar. Vitali Milonov da bu tip deputatlardandır. O həyasızcasına deyir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu qələbədən siyasi addım kimi istifadə etməyə çalışır. O, bir qədər də həddini aşaraq iddia edir ki, bu müharibədə Ərdoğanın tövsiyələri tam yerinə yetirildi. Bu isə nəinki ermənilər, eləcə də Vitali Milonovlar üçün bir faciə kimi qəbul olundu.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*