Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Milorad Dodik alman siyasətçilərinin ölkəsinin işlərinə qarışmasını “işğal” cəhdi ilə müqayisə edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Milorad Dodik daha sonra deyib:
“Almaniya 1941-ci ildə olduğu kimi buraya qayıtmaq və yenidən hökmranlığa istəyir. Amma indi 41-dəki dövlət deyil. BMT Təhlükəsizlik Şurasından icazəsiz və təyinatsız Kristian Şmidtin rəhbərlik etdiyi nümayəndə heyətinin bura gəlməsi anlaşılan deyil”.
Milorad Dodik vurğulayıb ki, Serb Respublikası böyük dövlətlərin müstəmləkəsi deyil, onlara öz iradələrini diqtə etməyə imkan verməyəcək.
“Nə Sarayevo hakimiyyəti, nə Kristian Şmidt, nə də digərləri öz siyasətlərini bizə tətbiq edə bilməzlər, çünki orada bəzi ləkəli adamlar oturublar, onlar davamlı olaraq Serb Respublikasına hücum edirlər”.
Qeyd edək ki, ötən il Bosniya və Hersoqovinada Sülhün İcrası Şurasının Rəhbər Komitəsi Kristian Şmidti yeni Ali Nümayəndə təyin edib. Eyni zamanda Rusiya bu qərara qarşı çıxıb. Şuranın Rəyasət Heyətinin üzvü Milorad Dodik bildirib ki, o, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan təsdiqlənmiş Şmidtin təyinatını qəbul etmir.
Natiq Səlim,
KONKRET.az
