Mingəçevir Su Anbarında suyun səviyyəsi ARTIB – FOTObackend

Mingəçevir Su Anbarında suyun səviyyəsi ARTIB - FOTO

Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 santimetr yüksəlib.

KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 77,39 metr təşkil edir.

Bir həftə öncə isə bu rəqəm 77,45 santimetr həddində olub. Azacıq enmə isə son günlər ərzində anbardan Kür çayına buraxılan suyun həcminin artırılması ilə bağlıdır. Su anbarında su ehtiyatlarının artması anbardan mənbəyini götürən iri suvarma kanallarının işinə də müsbət təsir edib.

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsindən KONKRET.az-a verilən məlumata görə bu gün su anbarından kanala ötürülən suyun həcmi saniyədə 112 kubmetrə çatıb. Bu isə kanalda suyun 5 metr həddinə çatmasına imkan verib.

11 rayondan keçib 130 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən Yuxarı Qarabağ kanalından həm də Araz çayına fasiləsiz olaraq bu gün saniyədə 24,4 kubmetr su ötürülür ki, bu da daha əlavə 5 rayonunun suya olan ehtiyaclarının qarşılanmasında önəmli rol oynayır.

İdarədən o da bildirilir ki, bölgələrar arasında pambıqçılıq rayonları olan Saatlı və Biləsuvarın su tələbatı və ehtiyacları daha böyükdür.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*