Külək Mingəçevirdə fəsadlar törədib.
KONKRET.az xəbər verir ki, Mingəçevirdə bu gün əsən güclü külək nəticəsində şəhərdə iri gövdəli ağaclar aşıb. Fəsadlar şəhərin əksər küçələrini əhatə edib.
Hazırda Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri fəsadları aradan qaldırır.


