Hərbçimizin su anbarında boğulması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Hərbçimizin su anbarında boğulması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən KONKRET.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

19:41

Mingəçevirdə hərbçi faciəli şəkildə vəfat edib.

KONKRET.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Namizəd Bayramov suda çimərkən boğularaq ölüb.

Qeyd edək ki, N.Bayramov əslən Goranboydan olub. O, Tərtərdə yerləşən N saylı hərbi hissədə xidmət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*