Mingəçevirdə həyətdə insan skeletləri tapıldıbackend

Mingəçevirdə həyətdə insan skeletləri tapıldı

Mingəçevir şəhərində fərdi təsərrüfatlardan birində insan skeletləri üzə çıxıb.

KONKRET.az-ın məlumatına görə, şəhər sakini Elçin Namazov həyətində qazıntı apardığı zaman insan skeletinin qalıqlarına rast gəlib.

Hadisə barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Araşdırmalar zamanı ərazidən daha bir meyit qalığı üzə çıxıb.

Əldə olunan ilkin məlumata görə, həyətin ərazisi vaxtilə qəbiristanlıq kimi istifadə olunub.

Faktla bağlı araşdırma aparılır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*