Ötən gün axşam saat 21:00 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Heydər Həsənzadə, Murad Rzayev və S.Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.


Ehtiram Muradov,
KONKRET.az
