Mingəçevirdə qayıq qəzasında xəsarət alanlardan biri QAZİDİRbackend

Mingəçevirdə qayıq qəzasında xəsarət alanlardan biri QAZİDİR

Mingəçevirdə Kür çayında baş verən qayıq qəzasında Zəfər yürüşünün iştirakçısı olan qazi də ağır xəsarət alıb.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Onlardan biri 1998-ci il təvəllüdlü Bayram Abbasov Vətən Müharibəsi qazisidir. Ona hər iki baldır sümüyüyün aşağı ətrafının sınığı diaqnozu qoyulub.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının növbətçi həkim cərrahı Qnyaz Yusiflinin KONKRET.az-a verdiyi açıqlamaya görə, xəsarət alan digər iki yaralının vəziyyəti daha ağır qiymətləndirilir.

2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanovaya ilkin zəruri tibbi yardım göstərikdikdən sonra hər iki yaralının ixtisaslı paytaxt klinikalarından birinə köçürülməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*