Minskdə komendant saatı elan edilib?backend

Minskdə komendant saatı elan edilib?

“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*