Minskdə yenidən aksiyalar başladıbackend

Minskdə yenidən aksiyalar başladı

Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı istiqlal meydanında icazəsiz aksiyaya başlayıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  üç polis əməkdaşı əllərində ağ-qırmızı rəngli bayraqlar tutan etirazçılara yaxınlaşaraq onlardan meydanı tərk etməyi tələb edib. Mitinq iştirakçıları çağırışa məhəl qoymayaraq, çətirlər altında şüarlar səsləndirir, mahnılar oxuyurlar.

Belarus prezidenti Aleksandr Lukaşenkonun da tərəfdarları Minskdə ona dəstək aksiyasına başlayıblar. Aksiya Komarovski bazarının yaxınlığında keçirilir. İştirakçılar vətənpərvər mahnılar oxuyurlar. Onların əksəriyyətinin əllərində ölkənin bayrağı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*