“MİQ imtahanlarının sualları asanlaşdırılsın!” – ŞƏRHbackend

"MİQ imtahanlarının sualları asanlaşdırılsın!" - ŞƏRH

Məlum olduğu kimi, dünyanı ağuşuna alan mövcud pandemiya ilə əlaqədar olaraq ölkəmizdə artıq 5 aydır karantin rejimi elan olunub. Bu müddətdə  insanların necə bir psixoloji gərginlik, stress keçirdikləri heç kəsə sirr deyil. Virusdan dünyasını dəyişən insanların içində bu il imtahan verəcək 46 min müəllim namizədin qohumları, tanışları, dostlarının da ola biləcəyini nəzərə alsaq, onların necə bir gərginlik içində imtahana hazırlaşdıqlarını təsəvvür edə bilərik. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, yaxın müddətdə keciriləcək MİQ imtahanlarında salınacaq suallar nisbətən asanlaşdırılmalıdır.

Həmçinin, bu il Təhsil Nazirliyi pedaqoji-psixoloji nəzəriyyələr (K.Dvek, J.Piaje, H.Qardner, Vıqotski) təqdim edib ki, fikrimcə, həmin mövzulardan sualların təqdim olunmaması daha məqbul olardı.

Bir müəllim kimi, deyə bilərəm ki, məktəblərə yeni təyin olunacaq müəllimlərdən əsas səriştələrin soruşulması daha vacibdir: bilik və fəaliyyət, Blum taksonomiyası, strategiya, qiymətləndirmə, sinfin idarə olunması, təhsil qanunu, təfəkkür, planlaşdırma və s. Yəni bir gənc müəllim üçün bu səriştələri bilmək ən əsas şərtdir.

Nəzərə alınmalıdır ki, sualların asanlaşdırılması aylardan bəri sıxıntı, əsəb, gərginlik içində yaşayan  insanlara bir növ motivasiya, ruh yüksəkliyi verər.

Əks halda isə müəllim olmaq istəyənlər yeni bir depressiv vəziyyətlə üzləşə bilərlər.

Unutmayaq ki, bu aylarda maddi çətinlik yaşayıb işə qəbul olmağa can atan minlərlə insan var ki, onlar mütləq işlə təmin olunmalıdırlar. Və mütləqdir ki, bizim müəllimlər işə qəbul olunanda yüksək bal toplayıb böyük ruh yüksəkliyi və özgüvənlə işə başlasınlar, həvəslə işləsinlər.

İnanıram ki, Təhsil Nazirliyi mənim bu təklifimi nəzərə alacaq və imtahanlara salınacaq sualları asanlaşdırmaqla insanlara əlavə stimul verəcək!

Anar Əlizadə,

müəllim

  • Leyla
    Avqust 4, 2020 - 12:50

    Tam raziyam

  • Günel
    Avqust 4, 2020 - 13:38

    Əllbəttə , asan olmalıdır . MİQ lə sertifkasiyanı eyniləşdirmək olmaz.

  • İlkanə Əkbər
    Avqust 4, 2020 - 14:07

    Əlbəttə asan olmalıdı ki gənc müəllimlərdə ruh yüksəkliyi olsun aylardı gözləyirik imtahan haçan olacaq hansı səviyyədə olacaq deyə stress keçirdirik ümid edirik hər şey yaxşı olar.

  • Sevda
    Avqust 4, 2020 - 16:14

    Vallah illerdi barbar baqiririq,sesimizi kimse duymur.Imtahan leqv olunmali,biz muellimik,bizi savadsiz dsmqasiyla alcatmayin!!!

  • Sevda
    Avqust 4, 2020 - 16:17

    Leqv edilsin bu imtahan!Bize o cur alimler ders deyir,gece gunduz oxuyub eziyyet cekirik,imtahanda ele sual atirlar ortaya,oluruq savadsiz!

  • Sevda Əkbər
    Avqust 4, 2020 - 16:19

    Vallah illerdi barbar baqiririq,sesimizi kimse duymur.Imtahan leqv olunmali,biz muellimik,bizi savadsiz dsmqasiyla alcatmayin!!!

  • Sevda
    Avqust 4, 2020 - 16:21

    100 faiz imtahan ləğv edilməli!

  • SAHIBE
    Avqust 4, 2020 - 17:34

    Bu il esas islemeyen muellimler imtahan verecek ne olarki bizim bu 5 illik aldiqimiz tehsili burnumuzden getirmeyesiz Miq asand edesiz bizde universiteti bitirmişiki diplomun behresin gorek.Cox xahis asand edin biz islemeyenler is tapsin

  • Nigar
    Avqust 4, 2020 - 17:43

    Əlbetdeki düz vurğulanıb. Nəzərə alınsa hər bir birimizə yeni tədris ilində çox gözəl motivasiya ruh yüksəkliyi olar

  • İradə
    Avqust 5, 2020 - 00:59

    mən də razıyam

  • Leyla
    Avqust 5, 2020 - 21:44

    Mence de suallar asan olmalidi cunki bu il distant tehsile gore artiq 3-4 aydi (pandemiya ile elaqedar olara)eziyyet cekirik ya internet prablem ya da bezilerimizde serait olmadigindan derslerde prablem yaranir. Bunlari nezere alaraq imtahanlari asanlasdirsalar biz de eziyyetimizin behresini gorerik Insallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*