Mir Şahin şok fakt açıqladı – Bu helikopter qəzası gizlədilibbackend

Mir Şahin şok fakt açıqladı - Bu helikopter qəzası gizlədilib

Real TV-nin rəhbəri Mir Şahin bugünkü “Mir Şahin vaxtı” proqramında 1993-cü ilin martında baş verən helikopter qəzası barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, müəllif bu qəzanın tam 28 il ictimaiyyətdən gizlədildiyini bildirib.

Bu barədə kadrlar da təqdim edilib. Həmin kadrları çəkən hərbi reportyor İlham Ələkbərov isə hadisə barədə danışıb.

İ.Ələkbərov bildirib ki, 23 mart 1993-cü ildə, Ağdərədə polis idarəsində olub. Həmin an şəhərə ağır silahlardan atəş açıldığını eşidib və kameranı götürərək, çəkiliş üçün idarədən çıxıb. Çəkiliş zamanı iki əsgərimizin yaralandığı kadrlarını da çəkib.

O zərbələrdən iki saat sonra isə helikopterimizin vurulduğu bildirilib və İ.Ələkbərov özünü hadisə yerinə çatdıraraq, vurulan helikopterin hələ yanıb-tüstüləyən qalıqlarını da lentə ala bilib.

İ.Ələkbərov qeyd edib ki, bundan 2-3 gün öncə daha bir helikopterin vurulubmuş

Həmin vaxt AzTV-nin rəhbəri olan Məmməd İsmayıl kadrların efirə verilməsinə razı olmayıb.

  • Zaur Bakidan
    Dekabr 13, 2021 - 07:40

    Indi bu qisa yazidan ne anLamaq olduki…nece ozaman xeberimiz olmatib…indide etrafLi melumay ala bilmedik…..

  • Xalid
    Dekabr 13, 2021 - 12:25

    Soxsunlar sizin xəbərinizə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*