Tbilisi məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dövlət vəsaitini mənimsməsi üzrə cinayət işinə baxacaq.
KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Bek Basilaya məlumat verib.
“Məhkəmə bu gün, noyabrın 15-nə təyin edilib. İclas “pencək işi” üzrə keçiriləcək”, – vəkil bildirib.
Hüquq-mühafizə orqanları Saakaşvilinin pencəklərini dövlət vəsaiti hesabına almasından şübhələnirlər.
Sabiq prezident oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, özünü “siyasi məhbus” adlandırır, həbsindən dərhal sonra aclıq aksiyasına başlayıb. Bir həftə sonra eks-prezident həbsxana xəstəxanasına yerləşdirilib./azvision.az/
