MÖCÜZƏ! Ananın ölümündən 55 gün sonra uşaq dünyaya gəldi – ÖZƏLbackend

MÖCÜZƏ! Ananın ölümündən 55 gün sonra uşaq dünyaya gəldi - ÖZƏL

Möcüzəvi hadisə Polşada qeydə alınıb. Belə ki, Vroslav şəhərindəki klinik xəstəxanada oğlan uşağı dünyaya gəlib. Halbuki uşağın doğulmasına 55 gün qalmış ana dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə GAZETA WROCLAAWSKA məlumat yayıb.

Məlumatda deyilir ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Bu, müasir texnologiya sayəsində mümkün olan əsl möcüzədir. Yerli həkimlər buna başqa ad verə bilmirlər.

Nəşrin yazdığına görə, 41 yaşlı hamilə qadın beyin xərçəngindən əziyyət çəkirmiş. Hamiləliyin 17-ci həftəsində onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. Tezliklə qadına beyin ölümü diaqnozu qoyulub. Onu xilas etmək üçün heç bir yol tapılmayıb. Lakin xəstənin ürəyi hələ də döyündüyündən həkimlər müasir tibbi avadanlıqlardan istifadə edərək uşağın həyatı üçün mübarizə aparmaq qərarına gəliblər.

Mütəxəssislər dölün sağ qalması üçün demək olar ki, iki aya yaxın ananın orqanizminin həyati funksiyalarını qoruyub saxlaya biliblər.

“Adətən biz bu cür manipulyasiyaları bir və ya iki gün ərzində həyata keçiririk. Lakin bu dəfə heç bir praktiki təcrübəyə malik olmadan bir neçə həftə ərzində bunu etməli idik”, – deyə Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Anjey Kübler bildirib.  Doğuşdan sonra təxminən 40 gün uşaq reanimasiya şöbəsində saxlanılıb. Yeni doğulanda körpə təxminən bir kiloqram çəkidə olub. Uşaq yalnız iki aydan sonra evə buraxılıb. İndi o, tam sağlamdır. Və onu atası böyüdür.

Lətif.A,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*