Xakerlər Moldova Prezidenti Maya Sandunun rəsmi “Telegram” kanalını sındırıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Bildirilib ki, xakerlər 15 dəqiqə ərzində respublikanın ədliyyə naziri Sergey Litvinenkonun korrupsiya əməlləri barədə məlumat yerləşdiriblər.
Sözügedən video sonradan silinib.
