Moskva hakimiyyəti Vahid Ələkbərovu MƏHKƏMƏYƏ VERDİbackend

Moskva hakimiyyəti Vahid Ələkbərovu MƏHKƏMƏYƏ VERDİ

Moskva hakimiyyəti Vahid Ələkbərovu məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə Mash telegram kanalı məlumat yayıb. Bildirilir ki, Moskva hakimiyyəti “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun penthausunun genişlənməsi ilə bağlı məhkəməyə müraciət edib.

Moskva məhkəmələrinin rəsmi portalı məhkəmə iclasının 2022-ci il noyabrın 16-na təyin edildiyini bildirir.

Məlumata görə, Ələkbərovun penthausunun dam örtüyünə qədər genişləndirilməsi planlaşdırılır.

Moskva Şəhər Əmlak Departamenti çardaqdakı binanın piyadalar üçün təhlükə yarada biləcəyini hesab edib. Məhkəmə məmurların tərəfini tutsa, iş dayanmalı olacaq.

Ələkbərov qanunun tələblərinə riayət  etməli olacaq, əks halda, onun haqqında tədbir görüləcək.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Etibar Hüseynov
    Oktyabr 11, 2022 - 13:19

    Bunu etməklə Mockva nəyə Nail olmaq istəyirBu erməni mafiyaslnln işidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*